“Çölçü”
filmi mükafatlara layiq görülüb
“Çölçü” filmi “L’Age d’Or International Arthouse Film Festival”ın (LIAFF) bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.
Bu barədə filmin
rejissoru Şamil Əliyev bildirib. Onun sözlərinə
görə, bu mükafatlara layiq görülməklə film, eyni
zamanda “Pıgeon D’or Awards” mükafatının
nominantı da elan olunub.
LIAFF hər ay müxtəlif
nominasiyalar üzrə
seçilən filmləri
elan edir. Qaliblərə mükafatlar oktyabrda Hindistanın Kəlküttə
şəhərində təqdim
olunacaq.
“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 40-dan çox festivalda iştirak edərək mükafatlara layiq görülüb.
Ssenari müəllifi Vidadi Həsənov, operatoru
Rafiq Quliyev, rəssamları
Rafiq Nəsirov və İbrahim
Aminovdur. Filmdə Vidadi
Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları
çəkiliblər.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.8.