İrəvan teatrında “Ölüm
həsrəti”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Gəncə şəhərində qastrol səfərində olub.
Kollektiv Gəncə
Dövlət Dram Teatrında
yazıçı-dramaturq Sabir
Şahtaxtının Xocalı faciəsinə həsr olunmuş “Ölüm həsrəti”
tamaşasını göstərib. Tamaşanın bədii rəhbəri
Əməkdar artist Sərvər
Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə,
quruluşçu rəssam Vahid
Mürsəliyev, musiqi tərtibatçısı
Çingiz Xəlilovdur. Rollarda
əməkdar artistlər Rəşid Rzayev,
Tünzalə Əliyeva, Xatirə Süleymanova,
aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin
Səfərəliyev, Sevinc Hüseynova, Güney
Əliyeva, Səbinə İmamverdiyeva və
başqaları çıxış edib.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.5.