“Nəsimi – sülh şairi

 

 

İsveçrə portalında məqalə

 

İsveçrənin www.zeitung.ch portalında “Nəsimi – sülh şairi” sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifi portalın oxucularından Merlinda Dautidir. O, 2019-cu ilin Azərbaycanda “Nəsimi ilielan olunduğunu yazıb.

İsveçrəli oxuculara Nəsimini təqdim edən müəllif şairin Orta əsrlərdə Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya gəldiyini bildirir.

Məqalədə Nəsiminin ədəbi-fəlsəfi görüşü, yaşadığı dövr üçün olduqca mütərəqqi humanist düşüncələri və mühafizəkarlar tərəfindən təqib olunması barədə fikirlər yer alıb. Qeyd edilir ki, Nəsimini mövcud sistemə qarşı təhlükə hesab edən dini təbəqənin fitvası ilə edam olunub. Lakin bu, Nəsiminin daha da tanınmasına, ideya və əsərlərinin müxtəlif ölkələrə yayılmasına əngəl olmayıb. Onun şeirləri, fəlsəfi ideyadünyagörüşü insanları ortaq dəyərlər və sülh naminə birləşməyə səsləyir və bu gün də aktualdır.

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.8.