TÜRKSOY-da daha bir
yubiley mərasimi
Ankarada,
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un mərkəzi qərargahında Türkiyənin
tanınmış şairi
və yazıçısı,
Türk Dünyası
Yazarlar və Sənətçilər Vəqfinin
(TÜRKSAV) rəhbəri Yəhya
Akenginin bədii yaradıcılığının 50 illiyi münasibətilə
konfrans keçirildi.
Tədbirdə TÜRKSOY-un baş katibi
Düsen Kaseinov, Qazaxıstanın Türkiyədəki
səfiri Abzal Saparbekulı, Türkiyənin
keçmiş mədəniyyət
və turizm naziri Namik Kamal
Zeybək, sənət,
ədəbiyyat dünyasının
təmsilçiləri iştirak
edirdi.
Açılış nitqi ilə çıxış
edən Düsen Kaseinov bu tədbir
vasitəsilə Yəhya
Akenginin yaradıcılığı
ilə daha yaxından tanış
olacaqlarını bildirdi:
“Yəhya Akengin şeir və ədəbiyyat sahəsində
50 ildən çoxdur
ki, aktiv şəkildə çalışmaqdadır
və dəyərli əsərlər yazıb”.
Səfir
Abzal Saparbekulı çıxışında qeyd
etdi ki, Türk dünyasına könül vermiş Yəhya Akengin Qazaxıstan və Türkiyə arasında qardaşlıq əlaqələrinin
inkişafında, Muhtar
Sahanov, Oljas Süleymenov, Nurlan Orazalin kimi qazax
şair və yazıçılarının Türk dünyasında tanınmasında böyük
rol oynayıb.
Namik Kamal Zeybək ədibin yaradıcılığının ayrı-ayrı istiqamətlərindən,
əsərlərinin Türk
dünyası ədəbiyyatının
inkişafında rolundan
danışdı. O, Akenginin
bədii üslubuna toxunaraq, “Romanları şeir kimi, şeirləri isə roman
kimi” dedi.
Tədbirdə çıxış edən
şair və yazıcılar da Akenginin həyat və yaradıcılığı
ilə bağlı fikirlərini bölüşdülər.
Düsen Kaseinov ədibi
TÜRKSOY-un “Çingiz Aytmatov”
xatirə medalı ilə təltif etdi. Digər iştirakçılara sertifikatlar təqdim olundu.
Sonda Yəhya
Akengin çıxış
edərək ona göstərilən diqqətə
görə təşəkkürünü
bildirdi, “Bir samovar məhəbbət” kitabını
oxucularına təqdim
etdi.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2019.- 6
fevral.- S.8.