Filarmoniyada naxçıvanlı bəstəkarın yubiley gecəsi

 

Fevralın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov yubilyarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, konservatoriyada görkəmli bəstəkar Xəyyam Mirzəzadənin sinfində sənətin sirlərini mənimsəyən K.Əhmədov təhsil illərində fortepiano üçünPrelüdfuqalar”, “Variyasiyalar”, tar üçünSonata”, simli alətlər ansamblı üçünKvartet”, diplom işi kimi böyük simfonik orkestr üçünCavidsimfonik poemasını yazıb.

Bəstəkarın xalq çalğı alətləri orkestri üçün yazdığı “Cəngi”, “Süita”, “Naxçıvan eskizləri”, “Rekviyemkimi əsərləri öz orijinallığı ilə fərqlənir. Mahnı yaradıcılığında naxçıvanlı şairlərin əsərlərinə müraciət edən K.Əhmədov “Qızlar bulağı”, “Qoşa çinar”, “Gözlərinə baxan zaman”, “Zəfər marşı”, “Anacan”, “Milli Ordumuz”, “Bənövşə”, “Unutdun məni”, “Bu yolu seçdim”, “Keçmə” və digər mahnıların bəstəkarı kimi tanınır. O, həmçinin “Dəli yığıncağı”, “Dirilən adam”, “Fərhad və Şirin” tamaşalarına musiqi yazıb.

Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.2.