Monteneqroda tarix və
mədəni irsimizin təbliği
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin
direktoru Seyran Mirzəzadə bu ölkənin dövlət
radiosunun “Mozaika” və “Mədəniyyətin
gücü” verilişlərinin
qonağı olub.
O, ölkəmizin mədəniyyəti,
tarixi, adət-ənənələri,
ədəbiyyatı, musiqisi,
xalçaçılıq sənəti, memarlığına
dair sualları cavablandırıb. Həmçinin
Azərbaycan Xalq Cümhuriyyəti, XX əsrin
sonunda dövlət müstəqilliyimizin bərpası,
eləcə də Azərbaycan ilə Monteneqro arasında mədəniyyət sahəsində
əlaqələrin inkişafı
haqqında bəhs olunub. Verilişlərdə
Müslüm Maqomayevin,
Alim Qasımovun, Əlixan Səmədovun ifalarında musiqilər səsləndirilib.
Mərkəzin yeni layihəsi
çərçivəsində Azərbaycanın görkəmli
şəxsiyyətlərinin həyatı,
yaradıcılığı haqqında Monteneqro
dilində silsilə məqalələrin yayılmasına
başlanılıb. “Azərbaycan zəngin mədəni irsi olan ölkədir” və
“Bəxtiyar Vahabzadə - Azərbaycanın azadlıq şairi” adlı məqalələr Monteneqronun avlija.me xəbər
portalında dərc edilib. Növbəti məqalələr
Podqoritsa şəhərində büstü ucaldılmış görkəmli
şair, dramaturq Hüseyn Cavid və dahi mütəfəkkir Nizami
Gəncəviyə həsr olunub.
Mədəniyyət.- 2019.- 8
fevral.- S.3.