Həmid Araslının folklorşünaslıq irsi

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Vüsal Səfiyevanın “Akademik Həmid Araslının folklorşünaslıq irsi” kitabı çapdan çıxıb.

Kitabda Həmid Araslının ədəbiyyatşünaslıq, folklorşünaslıq, xüsusən də dastanşünaslıq sahəsindəki fəaliyyəti araşdırılıb. Əməkdar elm xadimi Kamran Əliyev nəşrə “Akademik dəstxəttə məhəbbətlə” sərlövhəli giriş sözü yazıb.

Kitabın “Azərbaycan folklorunun tarixi və nəzəri problemlərinin araşdırılması” adlı birinci fəslində Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi tarixində Həmid Araslının yerialimin elmi irsində aşıq şeirinin və dastanların tədqiqi məsələləri geniş şərh edilib.

İkinci fəsildə (“Yazılı ədəbiyyat ilə şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri problemi”) alimin ədəbiyyatımızın qədim və orta əsrlər dövrü ilə bağlı müfəssəl fikirləri, apardığı məhsuldar araşdırmalarda gəldiyi qənaətlərdən bəhs edilir. “Folklor örnəklərinin və ədəbi abidələrin nəşrə hazırlanması və şərhi məsələləri” adlı üçüncü fəsil Həmid Araslının mətnşünaslıq fəaliyyətinə, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposlarını nəşrə hazırlamasına həsr olunub.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.7.