Tanınmış ədəbiyyatşünasın
əsərlərinin yeni cildləri
işıq üzü görüb
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin 10 cildlik əsərlərinin IV və V cildləri işıq üzü görüb. “Klassiklər, müasirlər” adlanan IV cildin elmi redaktoru və ön sözün müəllifi akademik Möhsün Nağısoylu, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovadır.
Kitabda müəllifin XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı tarixinin tanınmış nümayəndələrinin – M.F.Axundzadə, A.Bakıxanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Hadi, M.S.Ordubadi, C.Cabbarlı, R.Rza, S.Vurğun və başqalarının həyat və yaradıcılığına aid məqalələri toplanıb.
“Ədəbiyyatşünaslıq, ədəbi tənqid” adlanan V cildin elmi redaktoru və ön sözün müəllifi akademik Kamal Abdulla, tərtib edənləri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva və Nigar İmaməliyevadır. Bu cilddə müəllifin “Nəzəriyyə məsələləri”, “Ədəbi şəxsiyyət”, “Ədəbi yaddaş”, “Ədəbi dil”, “Müasirlik mövqeyi”, “Elegiya” başlıqları altında məqalələri, “Abbas Zamanov olmasaydı”, “Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri” adlı monoqrafiyaları yer alıb.
S.QALİBOĞLU
Mədəniyyət.- 2019.- 8
fevral.- S.7.