“Könlüm
Qarabağdadır”
Uşaqlar üçün
yeni kitab
Azərbaycan
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi,
şair, yazıçı, tərcüməçi Teymur
Elçinin (1924-1992) “Könlüm Qarabağdadır”
kitabı çapdan çıxıb.
Kitabda görkəmli ədibin uşaqlar üçün şeirləri, cizgi filmləri üçün yazılmış ssenari, poema, nəğmə, tapmaca, yanıltmac və başqa janrlarda əsərləri müvafiq başlıqlar altında verilib.
Yazıçının sadə və axıcı dillə yazdığı şeirlərində uşaqların yaş xüsusiyyətləri, psixologiyası və maraq dairəsi nəzərə alınıb.
Nəşrdə folklordan bəhrələnmə yolu ilə yaradılan nümunələr xüsusi diqqət çəkir.
Kitabın tərtibçisi və ön sözün müəllifi
filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.
Mədəniyyət.- 2019.- 8
fevral.- S.7.