Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı Festivalında təmsil olunur

 

 

Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” devizi altında gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəxədək geniş spektri əhatə edir

Xəbər verdiyimiz kimi, Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində İslam Əməkdaşlıq Təşkilatı Festivalı (Festival of the Organization of İslamic Cooperation) keçirilir. Fevralın 5-də başlanan festivalda 20-dən artıq ölkənin nümayəndələri iştirak edir.

İslam Əməkdaşlıq Təşkilatı Katibliyinin təşəbbüsü və üzv ölkələrin dəstəyi ilə “Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” şüarı altında gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəx mədəniyyətinədək geniş spektri əhatə edir.

İlk dəfə təşkil olunan festivalın məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xalqlarının yaxınlaşması, eləcə də quruma üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək, İslam dünyasında xalqların vahid din və adət-ənənə, dil  irs müxtəlifliyi əsasında həmrəyliyinin möhkəmləndirilməsidir.

Festivalda ölkəmiz təmsil olunur. Tədbirə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. Heyətə xanəndə, Xalq artisti Simarə İmanova ilə birgə muğam üçlüyü, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının üzvləri daxildir.

Sənətçilərimiz Qahirə Opera Teatrında təşkil olunan açılış mərasimində çıxış ediblər. Muğam üçlüyünün ifası, rəqs qrupunun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı 20-dən çox ölkənin folklor musiqi kollektivləri iştirak edir.

Festivalın açılış mərasimində İslam dünyasına xüsusi töhfələri olan şəxslər təltif olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mükafata layiq görülüb.

Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Baş katib bildirib ki, Prezident İlham Əliyevin Şərq Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır.

Şeyxülislam A.Paşazadə İslam Əməkdaşlıq Təşkilatının müsəlman ölkələrində gördüyü işlərin sülhə tərəqqiyə səbəb olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, fevralın 9-dək davam edəcək festivalın proqramı müxtəlif mədəni bədii tədbirləri, elmi seminarları, təqdimatları əhatə edir. Silsilə tədbirlər Qahirə Opera Teatrında, Əl-Hənacir İncəsənət Mərkəzində, Böyük İslam Muzeyində, Ərəb Dövlətləri Liqasının binasında, Əl-Əzhər əş-Şərif digər yerlərdə təşkil edilir. Proqrama beynəlxalq islam təsisatlarıİslam Tarix, İncəsənət Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı (İSESCO) s. qurumların təqdimatları da daxildir.

Festival çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) fotosərgisi də təşkil olunub. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoları da yer alıb. Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış olurlar.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.1;3.