Növbəti Buktreyler festivalına start verilib
Kinoaktyor,
prodüser Ruslan Sabirlinin təşəbbüsü,
Mədəniyyət Nazirliyinin dəstəyi
ilə keçirilən
Buktreyler festivalının
növbəti, sayca
4-cü mövsümünə start verilib. Buktreyler – kitabın məzmununu
vizuallaşdırmaqla oxucular
arasında təbliğinə
istiqamətlənən, onun
ən maraqlı anlarını özündə
əks etdirən videoçarx (treyler) və qısa filmdir.
2016-cı ildə əsası
qoyulan festivalın məqsədi kitaba və mütaliəyə marağın artırılması,
film sənayesində yeni
istedadların müəyyən
edilməsidir.
Festivalın təsisçisi R.Sabirli
bildirib ki, 2 fevral – Gənclər günündən elan olunan festivala, ənənəvi olaraq 23 apreldə – Dünya kitab və müəllif
hüquqları günündə
yekun vurulacaq.
Mədəniyyət Nazirliyi ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası
festivala dəstək verir. Əsas tərəfdaş “Azercell” mobil operator şirkətidir.
Festival barədə ətraflı
məlumatı www.booktrailer.az internet səhifəsindən və
ya www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən
əldə etmək olar.
Həmçinin, bütün suallarla
bağlı e-mail vasitəsilə
müraciət etmək
mümkündür: festival2019@booktrailer.az
Buktreylerlərin son qəbul tarixi:
1 aprel 2019-cu il.
Mədəniyyət.- 2019.- 8
fevral.- S.7.