Mədəniyyət evində Cəlil Məmmədquluzadənin irsindən danışılıb

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət evinin direktoru Cabbar Süleymanov sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Yazıçı, dramaturq Arzu Hacızadə “Cəlil Məmmədquluzadə satirasının demokratik məzmunda inkişaf yolları” mövzusunda çıxış edib. O, C.Məmmədquluzadənin əsərlərində milli, ümumbəşəri dəyərləri əks etdirməsi, “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyması barədə danışıb.

Sonda Cəlil Məmmədquluzadənin əsərləri əsasında ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.2.