Görkəmli ədəbiyyatşünas Həmid Araslının 110 illiyi qeyd olunacaq

 

 

Prezident İlham Əliyev fevralın 11-də görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə Azərbaycanda ədəbiyyatşünaslığın inkişafına, milli ədəbiyyat tarixinin sistemləşdirilməsinə dəyərli töhfələr verib. Alim folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlayıb, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin hazırlanmasına, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf edib. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.2.