Bakıda Türkmənistanın xalça, zərgərlik və toxuculuq sərgisi açılacaq

 

 

Fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.

Tədbir Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədilə təşkil olunur.

Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşir.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.2.