Tanınmış ifaçının ustad dərsi
Xəbər verdiyimiz kimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında uzun illər bu tədris ocağının müəllimi olmuş Xalq artisti Azad Əliyevin 90 illik yubileyi münasibətilə violin ifaçılarının beynəlxalq müsabiqəsi keçirilib.
Müsabiqənin münsiflər heyəti arasında xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, həmçinin N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan), L.Barştak (İsrail), F.Masuda (Özbəkistan) yer alıb.
Azərbaycanın Əməkdar artisti, əslən bakılı olan və hazırda İsraildə yaşayan, Hayfa simfonik orkestrinin violin ifaçısı Leonid Barştak fevralın 12-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin qonağı olub.
Məktəbin simli alətlər şöbəsinin işi ilə yaxından tanış olan ifaçı violin sinfinin istedadlı şagirdlərinə ustad dərsi keçib. Ustad dərsi Əməkdar müəllim Hökümə Əliyevanın sinfinin şagirdləri ilə aparılıb.
Prezident təqaüdçüsü
XI sinif şagirdi Zərrin
Əliyeva, VI sinif şagirdi
Ülvi Tahirov, V sinif şagirdi Şəms
Əlili sənətkardan dəyərli məsləhətlər
alıblar. Dərsin sonunda məktəb rəhbərliyi
adından L.Barştaka təşəkkür
edilib.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.3.