Qonaq gəlib dostlar
bizə
Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qobustan rayon Təklə kənd Musiqi məktəbinin qonağı olub.
Qonaq kollektiv maraqlı konsert proqramı ilə çıxış edib. Məktəbin nağaraçalanlar ansamblı (rəhbərləri Sarvan Şirinov, Elşən Hüseynov), xalq çalğı alətləri ansamblı (rəhbəri Samir Əhmədov), xanəndəlik sinfi şagirdlərinin ifaları alqışlarla qarşılanıb. Ev sahibi məktəbin şagirdləri də bir neçə musiqi nömrəsi ilə proqrama qatılıblar.
Təklə kənd Musiqi məktəbinin direktoru
Gülağa Cəbrayılov və
Xırdalan şəhər Musiqi məktəbinin
tədris işləri üzrə direktor müavini Nəzakət Vəliyeva
çıxış edərək belə tədbirlərin
keçirilməsinin, musiqi məktəbləri
ilə sıx əməkdaşlıq əlaqələrinin
qurulmasının əhəmiyyətini vurğulayıblar.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.3.