Tələbələr beynəlxalq sertifikata layiq görülüb

 

 

Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) bir qrup tələbəsi Bolqarıstanın Sviştov şəhərində D.Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı ilə keçirilən “Mən bir lideri olsaydım... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” beynəlxalq elmi-praktik konfransda iştirak etmək hüquqi qazanıblar.

ATMU-dan bildirilib ki, tələbələr tərəfindən beynəlxalq konfransa təqdim olunan məqalələrdə yerli iqtisadisosial mühitə uyğun inkişaf modelləri, təhsil-tədris yanaşmaları və üsullarında yeniliklərdən bəhs edilib. Universitetin Marketinq kafedrasının müdiri, dosent Elmira Qocayeva qeyd edib ki, müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER konfransının münsiflər heyəti tərəfindən sertifikatlara layiq görülüb.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.3.