Gəncənin tarixi-memarlıq abidələrində
təmir-bərpa və yenidənqurma tamamlanır
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 7-də Gəncə şəhərində olub.
Nazir Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim tarixi-memarlıq abidələri olan Şah Abbas və Uğurlu xan karvansaralarında aparılan əsaslı təmir-bərpa və yenidənqurma ilə əlaqədar son tamamlama işləri ilə tanış olublar.
Sonra nazir və şəhərin icra başçısı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəliblər. Burada yeni yaradılmış Urban Mərkəzi barədə nazirə məlumat verilib. Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyəti ilə də maraqlanıb, kollektivlərin çıxışını izləyib.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin, Xalq çalğı alətləri orkestrinin və yeni yaradılmış Uşaq rəqs ansamblının, “Xəmsə” estrada ansamblının və xor kollektivinin fəaliyyəti barədə də məlumat verilib.
Mədəniyyət naziri və
şəhər İcra Hakimiyyətinin
başçısı daha sonra Gəncə çayının sağ sahilində Gəncə Dövlət Dram Teatrının yeni
binasının inşası ilə əlaqədar
görülən işlərlə tanış olublar.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.4.