“Milli
kino salnaməmizin Tofiq Tağızadə zirvəsi”
Quba
rayon MKS-nin Mərkəzi
kitabxanasının oxu
zalında Xalq artisti, rejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli kino salnaməmizin Tofiq Tağızadə zirvəsi” adlı tədbir keçirilib.
Oxuculara xidmət şöbəsinin
müdiri Mehriban Gəbəybəyova, kitabxananın
əməkdaşı Zəmirə
İskəndərova, rayon ziyalısı,
kitabxananın fəal
oxucusu Ədil Cəfərov Tofiq Tağızadənin yaradıcılığından
bəhs ediblər.
Vurğulanıb ki, milli kino
tariximizə yeni səhifələr yazmış
Tofiq Tağızadənin
ilk ekran əsəri
1955-ci ildə çəkdiyi
“Görüş” filmidir. İlk işinin
uğurundan ruhlanan rejissor 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli
yer tutan məşhur “Uzaq sahillərdə” filminə
quruluş verib. Bundan sonra sənətkar
“Əsl dost”, “Arşın
mal alan” (1965), “Mən
ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”,
“Babamızın babasının
babası” və digər filmləri çəkib.
Tədbirin sonunda görkəmli
sənətkara həsr olunmuş slayd nümayiş olunub.
Mədəniyyət.- 2019.- 15
fevral.-S.6.