“Azərbaycanın böyük yazarı”

 

 

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Qazax rayon MKS-nin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Multimedia kitabxana filialında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş “Azərbaycanın böyük yazarı” adlı söhbət keçirilib. Tədbirdə Əli Əhmədov adına Qarapapaq kənd orta məktəbinin müəllim və şagirdlərinin bir qrupu iştirak edib.

Filialın müdiri Rufinə Namazova ədibin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Cəlil Məmmədquluzadə ilk nömrəsi 1906-cı il aprelin 7-də  çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyub.

Müəllim Ofeliya Abdullayeva və şagirdlər Cəlil Məmmədquluzadənin əsərləri haqqında danışıblar. Fəal oxucu Könül Məmmədova “Poçt qutusu” əsərindən bir parçanı söyləyib.

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.6.