Sinqapurda rəssamlarımızın sərgisi
Fevralın 16-da Sinqapurun “Visual Art” Mərkəzində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin dəstəyi, ölkəmizin İndoneziyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə 15 rəssamın 50-dən çox sənət əsəri təqdim olunacaq.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev bildirib ki, fevralın 22-dək davam edəcək sərginin təşkil olunmasında məqsəd ölkəmizin mədəniyyətini dünyada təbliğ etmək, Azərbaycan gənclərinin istedad və bacarıqlarını nümayiş etdirməkdir.
Mərkəz 2010-cu ildən
müxtəlif ölkələrdə gənc rəssamlarımızın
sərgilərini keçirir. İndiyədək
Bolqarıstan, Belçika, Fransa,
İtaliya, İsveçrə, Polşa, Çexiya,
Macarıstan, Böyük Britaniya,
Lüksemburq və Birləşmiş
Ərəb Əmirliklərində 18 sərgi təşkil edilib.
Mədəniyyət.- 2019.- 15
fevral.-S.8.