Azərbaycanlı dirijor və
solistin iştirakı
ilə
İranda “Fəcr” Musiqi Festivalının açılışı olub
İranda keçirilən 34-cü “Fəcr”
Musiqi Festivalının
açılışı münasibətilə Tehranın
Vəhdət Sarayında
Azərbaycan mahnılarından
ibarət konsert proqramı təqdim edilib.
Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə İran Milli Orkestrinin təqdim etdiyi konserti rəsmilər, parlamentin üzvləri, ictimaiyyət təmsilçiləri,
Azərbaycanın bu ölkədəki səfirliyinin
əməkdaşları, eləcə
də Tehranda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri izləyiblər.
Solist, Xalq artisti Samir
Cəfərovun çıxış
etdiyi konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından “Uvertüra”,
“Sevgili canan” romansı, “Arşın
mal alan” operettasından
Əsgərin ariyası,
Fikrət Əmirovun “Evləri var xana-xana”, Qara Qarayevin “Qızların rəqsi” və “Vals”, Niyazinin “Qaytağı” və “Vətən nəğməsi”,
Tofiq Quliyevin “Sənə də qalmaz”, Əli Səliminin “Ayrılıq”
əsərləri səslənib.
Xatırladaq ki, ənənəvi
festival fevralın 19-dək davam edəcək.
Mədəniyyət.- 2019.- 15
fevral.-S.3.