“Çölçü”yə daha iki mükafat

 

 

Rejissor Şamil Əliyevin “ÇölçüfilmiCrown Wood” festivalının “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

Rejissor bildirib ki, fevralın 16-da keçiriləcək təqdimat mərasiminə videomüraciətlə qatılacaq. Onun sözlərinə görə, bu mükafatlara layiq görülməklə film, həmçinin CWIFF illik mükafatına nominant statusunu da qazanıb. Mükafatın qalibləri bu ilin oktyabrında Hindistanın Kəlküttə şəhərində elan olunacaq.

Xatırladaq ki, “Çölçüfilmi Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. 40-dan çox beynəlxalq festivalda iştirak edərək mükafatlara layiq görülüb.

Ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.8.