Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd
növbəti dəfə təqdim olunub
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının şəhid rejissor Vaqif Əhmədov adına təsis etdiyi təqaüd növbəti dəfə təqdim edilib.
Kinostudiyadan bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi şurasının qərarı ilə təqaüdə rejissorluq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Binyamin Sailov layiq görülüb.
Qeyd edək ki,
təqaüd kinostudiya ilə universitet arasında 2015-ci ildə imzalanan birgə əməkdaşlıq
haqqında niyyət protokolu əsasında
təsis edilib. Təşəbbüsün
məqsədi peşəkar kino məktəbinin
istedadlı davamçılarını aşkar
etmək, iddialı tələbələrə dəstək
olmaqdır.
Mədəniyyət.- 2019.- 15
fevral.-S.2.