Muzeylərə onlayn bilet
almaq mümkün olacaq
Fevralın 19-da Muzey Mərkəzində Bakı şəhərində
fəaliyyət göstərən
bir sıra muzeyləri ziyarət etmək üçün onlayn bilet satışının
təşkil olunmasına
həsr edilən tədbir keçirildi.
Tədbirdə çıxış edən
Mədəniyyət Nazirliyinin
Muzey işi və mədəni sərvətlərə nəzarət
şöbəsinin müdiri
Azadə Hüseynova
internet üzərindən bilet
satışı istiqamətində
görülən işlərdən
danışdı. Qeyd etdi ki, layihə
çərçivəsində yeddi mədəniyyət ocağı – Azərbaycan
Xalça Muzeyi, Milli İncəsənət
Muzeyi, İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət
Muzeyi, Cəfər Cabbarlı adına Teatr Muzeyi, Üzeyir
Hacıbəylinin ev-muzeyi,
Səməd Vurğunun
ev-muzeyini ziyarət üçün iticket.az saytı
vasitəsilə bilet satılması nəzərdə
tutulur. Vurğulandı ki, onlayn bilet satışı həm vətəndaşlarımızın,
həm də ölkəmizə gələn
turistlərin rahatlığını
təmin edəcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsi müdirinin
müavini Qabil Abbasov çıxış
edərək layihənin
texniki tərəflərindən
söz açdı. Bildirdi ki,
Mədəniyyət Nazirliyi
elektron xidmətlərin
müasir tələblər
səviyyəsində qurulması
istiqamətində işlərini
davam etdirir.
İticket.az şirkətinin əməkdaşı
Ziya Məmmədov şirkət haqqında geniş məlumat verdi. Qeyd etdi
ki, Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən
saytda ölkəmizdə
təşkil olunan idman yarışlarına,
konsertlərə və
digər bu kimi tədbirlərə onlayn bilet satışı
həyata keçirilir.
Daha sonra bilet satışının
reallaşdırılması qaydaları nümayiş olundu, layihə ilə bağlı fikir mübadiləsi aparıldı.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 20
fevral.- S.2.