Moskva azərbaycanlı pianoçunu alqışlayıb
Rusiya paytaxtında “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən daha bir konsert proqramı gerçəkləşib. Bu dəfə Moskva tamaşaçıları qarşısında Azərbaycanın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyeva çıxış edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdən əvvəl sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov çıxış edib.
“Frazalar” adlı fortepiano musiqisi
axşamında F.Qarayev, N.Mirişli,
E.Denisov, O.Messian, V.Yekimovski, Y.Vorontsov və
K.Debüssinin əsərləri səslənib.
Mədəniyyət.- 2019.- 20
fevral.- S.2.