Üç ölkə musiqiçilərinin təqdimatında iki klassik musiqi gecəsi

 

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi fevralın 15-də Azərbaycan, Rusiya və ABŞ musiqiçilərini bir araya gətirdi. Konsertdə ABŞ-dan olan dirijor Hobart Erlin idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər Yekaterina Lyoxina (soprano), Dali Qutseriyeva (violonçel), Adam Qutseriyev (piano) çıxış etdi.

V.Motsartın “Fiqaronun toyu” operasından uvertüra, K.Boyarskinin D.QutseriyevaY.Lyoxina üçün məxsusi yazdığı “Violonçel, sopranoorkestr üçün süita”, P.Çaykovskinin “4 saylı simfoniya” əsərlərini səsləndirən ifaçılar tamaşaçıların könlünü oxşadı. Qonaq musiqiçilərin barokko dəbdəbəsindən violonçel sehrinə, piano ahənginə qədər rəngarəng ifaları melomanların alqış seli ilə mükafatlandırıldı.

Fevralın 16-da isə layihə çərçivəsində gənc pianoçu A.Qutseriyevin ifasında K.Boyarskinin əsərləri ilə yanaşı, Avstriya bəstəkarı Y.Haydnın yaradıcılığına da müraciət olundu. Xatırladaq ki, musiqiçi hazırda dünyanın tanınmış orkestrləri ilə Rusiya, FransaBelçika səhnələrində çıxışlar edir.

Musiqiçilər konsert öncəsi təəssüratlarını bizimlə bölüşməyə də vaxt ayırdılar.

Ukrayna əsilli ABŞ dirijoru, Ukraynanın Xalq artisti Hobart Erl deyir ki, ifa olunacaq əsərləri orkestrlə məşq etmək üçün bir neçə gün əvvəldən Bakıya gəlib və paytaxtımızı gəzmək imkanı qazanıb. Dirijor vurğulayır ki, bir neçə il əvvəl Ukraynanın Odessa şəhərində azərbaycanlı telejurnalist Azər Qəribə verdiyi müsahibə zamanı Azərbaycan bəstəkarlarından təkcə Qara Qarayevi tanıdığını demişdi: “O zaman Azərbaycan musiqisi haqqında əlavə məlumata malik olmadığım üçün utanmışdım da. Bu gün isə mən sizin musiqiniz yetərincə haqqında məlumat öyrənə bilmişəm. Çox şadam ki, bu gün mənə hətta Fikrət Əmirovun partituralarından ibarət kitab da hədiyyə etdilər. İnanıram ki, bu əsərləri sevə-sevə təqdim edəcəyəm”.

Rusiyanın opera müğənnisi, “Qremmi” mükafatçısı Yekaterina Lyoxina deyir ki, Böyük Teatrın solisti, Xalq artisti Dinara Əliyeva ilə eyni pedaqoqdan birgə dərs alığı üçün rəfiqəsinin sayəsində Azərbaycan klassik bəstəkarlıq məktəbi haqqında məlumatlıdır:Xalq artistləri Yusif EyvazovElçin Əzizovla tanışlığımız da Azərbaycan musiqisi haqqında təsəvvürlərimə yardımçı olub. İsveçrədə Elçin Əzizovla bir səhnəni bölüşmək kimi şansım olduğundan məmnunam. O, möhtəşəm baritondur. Dahi Müslüm Maqomayevi isə sevməyən yoxdur. İnanıram ki, yenidən sizin filarmoniyanın səhnəsində çıxış etmək imkanı qazanacağam”.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 20 fevral.- S.4.