“Gizli qalmış
gözəllik”
YAY qalereyasında tanınmış rəssam Soltan Soltanlının “Gizli qalmış gözəllik” adlı rəsm sərgisi açılıb.
Kuratoru amerikalı sənətşünas Lesli Qrey olan sərgidə nümayiş olunan əsərlər – kənd həyatının təsviri ilə yan-yana asılan fantastik mənzərələrin rəsmləri təbiəti təkcə gözəllik və möcüzə deyil, həm də məqsəd və əmək mənbəyi kimi təqdim edir. Meşələr və nohurların fonunda təsvir olunan heyvan rəsmləri “təbii harmoniyanın cənnəti” anlamını ifadə edir. Çobanlar, bağbanlar və kəndlilərin rəsmlərində isə təbiəti həyat üçün lazım olan hər şeyi təmin edən zənginlik kimi görürük.
Soltan Soltanlı həm də
qrafik rəssam kimi çox yaxşı tanınır və bir çox beynəlxalq mükafatlara layiq görülüb. Sərgidə rəssamın
qrafik əsərlərindən və akvarel boyalardan ibarət kapsul kolleksiyası, habelə karikatura
və realizmi bir araya gətirən, fərqli fərdi üslubu ilə çəkdiyi portretlər nümayiş olunur.
Mədəniyyət.- 2019.- 20
fevral.- S.5.