İlk mahnısını Bülbül oxumuşdu...

 

 

Tariximizi əsərlərimizdə elə təsvir etməliyik ki, şahid kimi gələcək nəslə yadigar qalsın”

 

Milli professional bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri sırasında Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərovun adı hörmətlə çəkilir.

Dahi Üzeyir Hacıbəylinin istedadlı davamçılarından sayılan bəstəkar hələ sağ ikən sənəti ilə xalqın məhəbbətini qazanmışdı. Bu il Qarabağ, Şuşa sevdalı mərhum bəstəkarın anadan olmasının 95 illiyidir.

Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhərdəki Musiqi texnikumunun tar sinfində alır. Ancaq o, sənət təhsilini davam etdirmək, professional musiqiçi olmaq istəyirdi. Süleyman bu arzu ilə Bakıya gəlir. Əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyli ilə görüşür. Sonra digər musiqi biliciləri onu dinləyir. Beləliklə, Üzeyir bəyin xeyir-duasını ilə 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.

Konservatoriyada Ü.Hacıbəylinin sinfində Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir. Sonra professor Boris Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnir.  S.Ələsgərov 1942-ci ildə ilk musiqi əsərini - Şirzad ƏliyevinGözlə mənişeirinə mahnı bəstələyir əsər çox uğurlu alınır. Bu müvəffəqiyyətdən sonra Üzeyir bəyin zəmanəti ilə 1943-cü ildə Bəstəkarlar İttifaqına qəbul olunur.

Gənc bəstəkarın ilk mahnısı 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə rəğbətlə qarşılanır. Müəllif özüGözlə mənimahnısı haqqında təəssüratlarını belə bölüşüb: “İlk mahnımı İkinci Cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmışGözlə mənimahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur”.

S.Ələsgərov 1961-ci ildə N.NərimanovunBahadır Sonadramı əsasında eyniadlı ilk operasını yazır. Ardınca C.Cabbarlının eyniadlı pyesinəSolğun çiçəkləradlı ikinci operasını bəstələyir. Geniş yaradıcılıq imkanlarına malik olan bəstəkarUlduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzumusiqili komediyalarının, “Bayatı-Şirazsimfonik muğamının, bir çox simfoniya kantataların, tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlərin, Məhəmməd Füzulinin sözlərinəVətənimdir”, Nizami Gəncəvinin qəzəlinəSərvi xuramanım mənimkimi sevilən romansların, kamera-vokal, əsərlərin, on bir operetta iki yüzdən artıq mahnının müəllifidir. Onun mahnıları görkəmli ifaçılarımızın repertuarında həmişə xüsusi yer tutub.

Sənətkar səmərəli yaradıcılıqla bərabər, gözəl pedaqoq təşkilatçı olub. O, müxtəlif vaxtlarda A.Zeynallı adına Musiqi Kollecinin direktoru, Azərbaycan Televiziya Radiosunun Xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Bakı Musiqi Akademiyasında Xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb. Musiqi xadimi eyni zamanda 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı Qarabağ filialının rəhbəri kimi fəaliyyət göstərib.

Gələcək nəsillərin keyfiyyətli musiqi təhsili almasında öz bilik bacarığını, təcrübəsini əsirgəməyən S.Ələsgərov onlarla istedadlı musiqiçi yetişdirib. Həmin gənclərin bir çoxu hazırda musiqi sahəsinə öz layiqli töhfələrini verirlər.

Bəstəkar ömrünün son illərində işğal altında olan doğma şəhəri, Azərbaycanın musiqi, muğam beşiyi sayılan Şuşanın, Qarabağın, şəninə gözəl mahnılar həsr etdiyi əsrarəngiz diyarın həsrəti ilə yaşayıb. Çıxışlarında bir məqamı vurğulayırdı ki, xalqımızın başına gətirilən bəlalar musiqi əsərlərində geniş əks olunmalıdır: “Xalqın belə ağır, çətin günündə biz sənətkarlar tariximizi, başımıza gələn faciələri öz əsərlərimizdə elə təsvir etməliyik ki, şahid kimi gələcək nəslə yadigar qalsın”.

Sənətkar öz duyğu hislərini bəstələrində ifadə edib.Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan?”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin şeirinəBura vətəndirmahnıları bəstəkarın yurd nisgilindən doğan haray səsidir. Müəllifin Bəhlul Orucoğlunun sözlərinəƏsgər marşı”, Qüdrət Əzizin şeirinəGüllələnən abidələrballadası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşları vətənsevər musiqiçinin düşmənə qisas çağırışı kimi səslənir.

Süleyman Ələsgərov ömrünün müdrik çağında, 21 yanvar 2000-ci ildə vəfat edib.

Mütəxəssislər bəstəkarın musiqisini yüksək professionallığı, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə seçilən örnəklər kimi dəyərləndirirlər. Onun əsərləri ötəri həvəsdən yaranmayıb. Ona görə , indi olduğu kimi, gələcəkdə sevilərək dinləniləcək, könülləri oxşayacaq.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 20 fevral.- S.1;6.