Qazax teatrında yeni
səhnə əsərləri
Bölgələrimizdəki digər teatrlar kimi, Qazax Dövlət Dram Teatrı da tamaşaçılarının estetik zövqünə cavab vermək üçün fərqli mövzularda əsərlərə müraciət edir.
Teatrda bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun “İntihar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olub. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubov quruluş verib.
Hazırda teatrda yazıçı-dramaturq Əhməd Orucoğlunun “Pul dəlisi” əsərinin məşqləri gedir. Teatrın direktoru Saqif İsgəndərovun bildirdiyinə görə, komediya mart ayının sonunadək tamaşaçıların ixtiyarına veriləcək.
Bu ilin
sonunadək Amerika yazıçısı
Con Steynbekin “Siçanlar və adamlar” əsəri
də səhnələşdiriləcək. Bundan
əlavə, İlqar Fəhminin “Son reportaj” əsəri tamaşaya qoyulacaq.
Qazaxlı teatrsevərlər ilin sonunadək
Xalq yazıçısı İlyas Əfəndiyevin “Büllur
sarayda” əsərinin tamaşasını
da izləmək imkanı qazanacaqlar.
Mədəniyyət.- 2019.- 22
fevral.- S.3.