Yaradıcı və mədəniyyət sənayelərində qabaqcıl layihələrə geniş imkan

 

 

“Creative Business Cup” proqramının Azərbaycan üzrə Milli mərhələsinə start verildi

 

Fevralın 21-də Bakıda yaradıcı mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı – “Creative Business Cup”ın (CBC) Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə həsr olunmuş tədbir keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin tərəfdaşlığı “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin təşkilatçılığı ilə reallaşdı.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müaviniBeynəlxalq əməkdaşlıq innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, sahibkarlıq innovasiyalar üzrə qlobal təşəbbüs olan “Creative Business Cup” yaradıcı mədəniyyət sənayelərində təmsil olunan startapları dəstəkləyərək onları investor qlobal bazarlarla əlaqələndirir, biznesin cəmiyyətin inkişafı naminə onların innovativ qabiliyyətlərini daha da inkişaf etdirir. “Creative Business Cup” çərçivəsində 70-ə yaxın ölkədə tərəfdaş təşkilatlar vasitəsilə baş tutan milli müsabiqələrin qalibləri Danimarkanın paytaxtı Kopenhagendə hər il keçirilən beynəlxalq müsabiqədə iştirak etmək imkanı əldə edirlər.

Vurğulandı ki, proqramın əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi əsas təşkilatçısıSil.” innovasiya mərkəzidir. Nazirlik “Creative Business Cup” 2019” müsabiqəsinə yaradıcı mədəniyyət sənayelərinin inkişafı, bu sahədə müasir biznes təşəbbüslərini dəstəkləmək, innovativ ideyalara təkan vermək məqsədilə qoşulub. Proqram qəbul olunan startaplara ideya müəlliflərinə geniş təkmilləşdirmə proqramı təklif edir. İnnovativ yaradıcı biznes ideyasına sahib olan sahibkar ruhlu hər bir şəxstələbə, startapçı, müəllim digər iddiaçılar müraciət edə bilər.

“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin təsisçisi Leyla Tağızadə məlumat verdi ki, proqrama musiqi, film, video fotoqrafiya, sənətkarlıq, rəssamlıq heykəltəraşlıq, teatr, ədəbiyyat nəşriyyat, radio televiziya, dizayn, moda, memarlıq, reklam, kompüter oyunları elektronika, oyuncaqlar oyunlar, 3D çap, proqram təminatı, antik bazarlar başqa bu kimi sahələrdən innovativ layihə ya startap ideyası ilə müraciət etmək mümkündür.

Qeyd edildi ki, “Creative Business Cup” 4 əsas mərhələdən ibarətdir. Ölkə finalı aprelin 12-də keçiriləcək. Ölkədaxili kouçinq sessiyalarından sonra komandalar xarici ekspertlərin iştirak edəcəyi münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə, 70-ə yaxın respublikanın hər birinin ölkə finalının qalibi olan startap komandası Kopenhagen şəhərində keçiriləcək dünya finalına vəsiqə qazanacaq. Hər ölkədən qalib startap komandalar dünya finalında bir yerə toplanacaq dünyanın qabaqcıl investorlar ekspertləri qarşısında təqdimatlar edəcəklər.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək nazirliyin hər zaman belə layihələrə dəstək verdiyini diqqətə çatdırdı. Layihənin həyata keçirilməsinin ölkəmiz üçün vacibliyindən danışan nazir müavini bu proqramın qlobal miqyasda Azərbaycanı təmsil edəcəyini dedi: “Bu sahəyə olan maraq onu göstərir ki, ölkəmizin bu sahədə böyük potensialı var bu potensialdan geniş istifadə etmək mümkündür”.

Sevda Məmmədəliyeva qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı və mədəniyyətlər sənayesinin inkişafına dəstək məqsədilə proqram hazırlanıb. Proqram çərçivəsində maraqlı layihələr təqdim olunacaq.

Nazir müavini çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu etdi.

Daha sonra proqramla bağlı video-çarx nümayiş olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.1;3.