Azərbaycanda toxunanŞekspir xalçaları” Britaniya muzeylərində saxlanılacaq

 

 

 

“Belə tədbirlər ölkəmizlə Böyük Britaniyanı mədəniyyət və incəsənət sahəsində daha da yaxınlaşdırır”

 

Fevralın 20-də Azərbaycan Xalça Muzeyində böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Azərbaycan Şekspir xalçası” müsabiqəsinə yekun vurulub.

Tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bildirib ki, müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Britaniya Şurası – British Council təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib. Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin təşkilinə və keçirilməsinə dəstək göstərdiklərinə görə Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və British Council-ın nümayəndəliyinə təşəkkür edərək deyib: “Belə tədbirlər Azərbaycan ilə Böyük Britaniyanı mədəniyyət və incəsənət sahəsində daha da yaxınlaşdırır. Hesab edirəm ki, biz əməkdaşlığımızı möhkəmləndirməli və inkişaf etdirməliyik. Bu yaxınlarda British Council ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq. Bizi çoxlu maraqlı layihələr gözləyir”.

Mərasimdə Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma NikolsonBritish Council təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıb, xalçaçılıq sənətinin bütün dünyada qorunub saxlanılması və təbliği işinə töhfələrinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və Xalça Muzeyinin rəhbərliyinə təşəkkür ediblər. Çıxışçılar müsabiqənin qaliblərini təbrik edərək onlara daha böyük nailiyyətlər arzulayıblar.

Sonra Baronessa Emma Nikolson, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol KroftsBritish Council nümayəndəliyinin direktoru Samr Şah müsabiqənin qalibləri Telman Şıxıyevin (mütləq qalib), Sürəyya Muğanlının (ümumi kateqoriyada qalib) və Aydan Sadıqbəylinin (münsiflər heyətinin xüsusi mükafatı) işlərinə tamaşa ediblər. Bu xalçalar bir ay ərzində muzeydə nümayiş etdiriləndən sonra Britaniya muzeylərinə veriləcək.

Qonaqlar Xalça Muzeyinin görmə qabiliyyəti zəif olanlar üçün bu yaxınlarda açılan ekspozisiyası ilə də tanış olublar.

Sonda muzeyin direktoru Şirin Məlikova Baronessa Emma Nikolsona xatirə hədiyyəsi təqdim edib.

 

Musiqi mədəniyyətimiz britaniyalı qonaqda böyük maraq doğurub

 

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə səfəri çərçivəsində fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində olub. Burada britaniyalı qonağın iştirakı ilə musiqi mədəniyyətimizə həsr olunan dəyirmi masa təşkil edilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonağı salamlayıb, ölkəmizin musiqi mədəniyyətindən söz açıb. Nazir vurğulayıb ki, Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdirxalq yaradıcılığı ənənələrinə söykənir.

Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əlaqələrin çox yüksək səviyyədə olmasından öz məmnunluğunu bildirib. Qeyd edib ki, onun musiqiyə, xüsusilə şifahi ənənəli musiqi janrlarına böyük marağı var və Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, institutun şöbə müdirləri – sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Milli Konservatoriyanın Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı dəyirmi masada iştirak ediblər.

Akademik Muxtar İmanov Azərbaycanda folklor nümunələri, onların toplanılması, yazıya alınması haqqında danışıb. İnstitutun Musiqi folkloru şöbəsinin müdiri,  professor Nailə Rəhimbəyli çıxışında Azərbaycanda musiqi folklorunun toplanılması və nota salınmasının tarixindən söz açaraq bu ənənənin bu gündavam etdirildiyini bildirib. Qeyd edib ki, bu sahədə tədqiqatlarla bağlı biri mahnılara, digəri qədim rəqslərə həsr edilmiş iki kitab işıq üzü görüb.

Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Beynəlxalq ənənəvi musiqi şurasının üzvü Sürəyya Ağayeva Orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağai haqqında məlumat verərək qeyd edib ki, onların nəzəri musiqi əsərləri Azərbaycan-türk muğamının çiçəklənmə  dövrünü işıqlandırır. Bu əsərlərdə Azərbaycan türk musiqi mədəniyyətinə dair önəmli faktlar yer alıb. Hər iki dahi alim eyni zamanda Yaxın Şərqdə ilk not sisteminin yaradıcıları hesab edilir.

Milli Konservatoriyanın elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Beynəlxalq Muğam Mərkəzindəki qədim musiqi alətləri sərgi-kompozisiyası haqqında məlumat verib.

Tədbir konsert proqramı ilə davam edib. Əməkdar artistlər Ehtiram Hüseynov Arzu ƏliyevaŞurkompozisiyasını  ifa ediblər. İfaçıları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Qurbanov müşayiət edib.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində xatirə şəkilləri çəkdiriblər.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.1;3.