Şəki Dövlət Rəsm Qalereyasında “Xocalı ağrısı”

 

 

Şəki Dövlət Rəsm Qalereyasında şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət “Xocalı ağrısı” adlı sərgi təşkil olunub. Tədbirdə 1 saylı tam orta məktəbin şagirdləri də iştirak ediblər.

Qalereyanın direktoru İlahə Məmmədova çıxış edərək bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir.

Uşaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın sonunadək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.4.