Şəhidin 25 yaşı qeyd edilib

 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və digər çıxış edənlər Aprel döyüşlərində zabit və əsgərlərimizin igidliyindən söz açıblar.

Şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, oğlunun həyat yolu haqqında danışıb.

Mahir Sabir oğlu Mirzəyev 1994-cü ildə Bakıda anadan olub. 2011-ci ildə Nərimanov rayonu 36 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb, indiki Bakı Mühəndislik Universitetinin magistraturasına daxil olub. Sonra hərbi xidmətə gedib. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.

Sonra Mahir Mirzəyevin xatirəsinə həsr edilmişVətən sağ olsun!” sənədli filmi nümayiş etdirilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri və Odlar Yurdu Universitetinin tələbələri rəqs, şeir və vətənpərvərlik mövzulu mahnılar ifa ediblər.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.4.