Tariximizi yaşadaqmövzusunda sərgi-tədbir

 

 

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində milli  dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək məqsədilə “Tariximizi yaşadaqmövzusunda sərgi-tədbir keçirilib.

Sərgidə 200-dən artıq əşya – milli geyimlər, baş örtükləri, qədim toxuculuq nümunələri olan müxtəlif  tikmələr, mis qablar nümayiş olunub.

Mərkəzin direktoru Könül Əsgərova sərgi barədə məlumat verib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək bu kimi tədbirlərin iki ilə yaxın bir müddətdə vaxtaşırı olaraq mədəniyyət ocaqlarında keçirilməsinin artıq ənənə halını aldığını deyib. Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov da belə tədbirlərin əhəmiyyətindən bəhs edib.

Tədbir rayon Uşaq incəsənət məktəbi şagirdlərinin rəqs və Mədəniyyət mərkəzinin “Butafolklor qrupunun musiqi nömrələri ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.4.