“Bədii ədəbiyyatda dialektizmlər”
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Kübra Quliyevanın “Bədii ədəbiyyatda dialektizmlər” adlı kitabı çap olunub.
Lüğətin redaktorları Xalq şairi Fikrət Qoca və filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva, rəyçilər professor Məhərrəm Məmmədli, dosentlər Güntəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır.
Kitabda müxtəlif
yazıçı və şairlərin əsərlərindən
Azərbaycan ədəbi dilində işlənməyən,
yalnız danışıq dilində – dialekt
və şivələrdə təsadüf olunan
2200-dən çox söz
və ifadə toplanıb.
Mədəniyyət.- 2019.- 22
fevral.- S.6.