Qədim musiqi alətləri kamera orkestri

 

 

TÜRKSOY-un layihəsi iləTürk dünyasından əzgiləradlı konsert turu

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY qopuz, komuz, qanun bağlama kimi qədim türk musiqi alətlərini bir araya gətirərəkTürk dünyasından əzgiləradlı konsert proqramına başlayıb.

Konsertlərdən birincisi fevralın 19-da Bursada Merinos Atatürk Mədəniyyət Mərkəzinin salonunda gerçəkləşib.

Bursa Böyükşəhər Bələdiyyəsi TÜRKSOY-un işbirliyi ilə düzənlənən konsertə sənətsevərlər böyük maraq göstəriblər.

Tədbirdə öncə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş təmsil etdiyi qurumla Bursa Böyükşəhər Bələdiyyəsinin illərdir davam edən işbirliyindən söz açıb. Eyni zamanda o, tamaşaçılara Qazaxıstanın Qızılorda Kamera Orkestri ilə müxtəlif türkdilli ölkələrdən solistləri necə bir araya gətirdikləri haqqında məlumat verib. Fırat Purtaş sənətçilərin bu tur üçün Qızılorda şəhərində iki həftə məşq etdiklərini bildirib.

Sonra qazaxıstanlı türkiyəli dirijorlar Anvar Akbarov Seval Kadıoğlunun idarə etdiyi orkestrin müşayiəti ilə konsert proqramı təqdim olunub tamaşaçılarda böyük maraq doğurub.

Qeyd edək ki, qədim türk musiqi alətlərini bir araya gətirən konsert turunun ikincisi BalkanlardaBosniya Herseqovinanın paytaxtı Sarayevoda keçirilib.

Türkiyənin Qazaxıstanın Bosniya Herseqovinadakı səfirliklərinin dəstəyi Yunus Əmrə İnstitutunun iştirakı ilə gerçəkləşən konsertdə Qızılorda Kamera Orkestri türk qədim musiqi alətləri ifaçılarının çıxışı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Proqramın açılışında danışan Türkiyə səfiri Haldun Qoç konsertin ənənəvi Sarayevo Qış Festivalı çərçivəsində reallaşmasının xüsusilə əlamətdar olduğunu vurğulayaraq sənətçilərə təşəkkür edib.

Türk dünyasından əzgiləradlı konsert turunun növbəti proqramları Serbiya Macarıstanda davam edəcək.

 

Mehparə SULTANOVA

AnkaraQədim musiqi alətləri kamera orkestri 

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.8.