Boş məkanı” kimlər dolduracaq?

 

 

 

Xəbər verdiyimiz kimi, mart ayının 1-dən 9-dək Bakıda “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı keçiriləcək.

Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq sayca ikinci festival görkəmli rejissor, Əməkdar incəsənət xadimi, Yuğ Dövlət Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda hər gün iki tamaşa olmaqla 18 səhnə əsəri oynanılacaq. Azərbaycanın 7 müxtəlif teatrının (dövlət, bələdiyyə, müstəqil), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyətinin və Gürcüstandan bir teatr kollektivinin festivala qatılacağı gözlənilir.

Martın 1-də ilk çıxış edən kollektiv elə Vaqif İbrahimoğlu yadigarı – Yuğ Dövlət Teatrı olacaq. Kollektiv öz məkanında saat 14-də Gümrah Ömərin quruluşunda A.B.Kasaresin “Qəbirqazma üsulu”, saat 18-də Günay Səttarın quruluşunda Səidə Haqverdiyevanın “Metamorfoza” tamaşasını təqdim edəcək.

Festivalın ikinci günüyuğçular V.KliminMedeya Seksensiya-01” (quruluşçu rejissor - Mikayıl Mikayılov) və Təranə VahidinQuş dili” (quruluşçu rejissor - Əbdülqəni Əliyev) tamaşalarını göstərəcəklər.

Martın 3-də ATXİ-nin böyük səhnəsində rejissor İsa Əsədovun müstəqil olaraq S.Mrojekin “Açıq dənizdə” əsəri əsasında hazırladığı tamaşaŞamil İbrahimovunQara adam” müəllif tamaşası (Human teatrı) nümayiş olunacaq.

Sonrakı iki gün səhnə Mədəniyyət və İncəsənət Universiteti müəllim və tələbələrinin ixtiyarında olacaq. Martın 4-də rejissor Raulya Türkkanın quruluşunda A.SipanovA.Abrosimovun “Səmavi” tamaşası Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində, Əməkdar artist Yaqut Paşayevanın tələbələrinin K.Abdullanın “Unutmağa kimsə yoxpyesi əsasında hazırladıqları tamaşa ATXİ-nin böyük səhnəsində göstəriləcək. Martın 5-də isə sıra Azərbaycan klassik dramaturgiyasına müraciət edənlərindir. Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” və Mirzə  Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşaları Xalq artisti Məmməd Səfanın və Əməkdar artist Gülşad Baxşıyevanın tələbələrinin ifasında ATXİ-nin böyük səhnəsində  oynanılacaq.

6 mart tarixində Xalq artisti Cənnət Səlimovanın kursu Rus Dram Teatrında Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” tamaşasını təqdim edəcək. Tanınmış rejissor İlqar Safatın quruluş verdiyiteatr ictimaiyyətinin maraqla qarşıladığı İ.Netanyahunun “Məna axtarışında” tamaşası (“SAFAT” teatrının təqdimatında) ATXİ-nin böyük səhnəsində oynanılacaq.

Bakı Uşaq Teatrı Rövşən AğayevinBir gecənin nağılı” pyesi əsasında hazırlanmış “Sevgi şimşəyi” tamaşasını (quruluşçu rejissor - Əməkdar artist İntiqam Soltan) ATXİ-nin səhnəsində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ç.Aytmatovun “Əsrdən uzun gün” romanı əsasında hazırlanan “Manqurt” tamaşasını (quruluşçu rejissor - Anar Sadıqov) isə teatrın Abbas Mirzə Şərifzadə səhnəsində seyr edə biləcəyik.

Martın 8-də Şuşa Dövlət Musiqili Dram Teatrı Əməkdar artist Nazir Rüstəmovun quruluşunda M.Qavranın “Aktyor əbədiyyətə qovuşanda” (ATXİ-nin Mustafa Mərdanov səhnəsi), festivalın qonağı – Kutaisi Dövlət Professional Teatrı isə Konstantin Abaşidzenin quruluşunda V.HavelinDuplet” tamaşasını (ATXİ-nin böyük səhnəsi) təqdim edəcək.

Nəhayət, martın 9-da – “Boş məkanın dolğunluğu” festivalının son günündə Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Xalq artisti Ağakişi Kazımovun quruluşunda V.Lyusun “İstədiyim kimi yaşamışam” monotamaşası, Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində isə Kamal Abdullanın (quruluşçu rejissor – Əlif Cahangir) “Bir, iki - bizimki” tamaşası göstəriləcək.

Festival günlərində 10 teatrşünasın və 2 teatr yazarının təmsil olunduğu ekspertlər heyəti təqdim edilən tamaşaları müzakirə edəcək, əsər seçimi, rejissor yozumuaktyor oyunu barədə fikirlərini söyləyəcəklər. Heç bir müsabiqə nominasiyasının nəzərdə tutulmadığı festival iştirakçılarının mükafatlandırılması isə 10 martMilli teatr günündə Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək ənənəvi bayram tədbirində olacaq.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.1;5.