“Mənim bir obam vardı...”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayonu Qızıldaş qəsəbə Mədəniyyət evində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynov, qəsəbə bələdiyyəsinin sədri İdris Alışanov, məktəblilər, qəsəbə sakinləri iştirak ediblər.
Mədəniyyət evinin rəsm
dərnəyi üzvlərinin Xocalı faciəsinə həsr
olunmuş əl işləri sərgisinə
baxış keçirilib. Sonra
180 saylı tam orta məktəbin
şagirdlərinin ifasında “Mənim bir
obam vardı” adlı kompozisiya
təqdim olunub.
Mədəniyyət.- 2019.- 27
fevral.- S.2.