Unudulmayacaq tarix...

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sumqayıtın Tarixi Muzeyində “Diqqət, danışır Xocalı şahidləri” adlı tədbirdə “Niyə Xocalı” adlı sənədli film nümayiş olunub.

C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri N saylı hərbi hissədə “Yaralı Azərbaycana daşan qan gölü - Xocalı!” adlı ədəbi-bədii gecə keçiriblər. Nizami Gəncəvi adına Kitabxana-klubda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunub. Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgi nümayiş olunub.

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyinin üzvləri Elmira Əliyeva və Orxan Əzizov Xətai Sənət Mərkəzində gerçəkləşən “Şəhid şəhər” uşaq rəsm müsabiqəsinin yekun sərgisində diplomla mükafatlandırılıblar.

* * *

Xaçmaz Regional Mədəniyyət İdarəsinin mədəniyyət ocaqlarında Xocalı faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyində gerçəkləşən tədbirdə muzeyin elmi işçisi Məltəm Məlikməmmədova, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, tarix elmləri  namizədi  Mənsur İlyasov çıxış ediblər.

Şabran Rayon Mərkəzi kitabxanasında “Xocalı qisasa çağırır bizi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kitabxananın əməkdaşları Zülfi Ağarzayeva, Natəvan Quliyeva tariximizin qanlı səhifəsindən söz açıblar.

* * *

Kürdəmir rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ötən iki əsrdə erməni millətçiləri tərəfindən xalqımızın dəfələrlə soyqırımına məruz qaldığı diqqətə çatdırılıb. Xocalı sakinləri çıxış edərək həmin gecə erməni quldurlarının törətdikləri faciənin dəhşətlərindən danışıblar.

Sonra İmişli rayon Mədəniyyət Mərkəzinin hazırladığı kompozisiya nümayiş olunub. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda əl işləri sərgisinə də baxıblar.

* * *

Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti M.Mehdiyevanın ssenarisi əsasında “Xocalı faciəsi - XX əsrin genosidi” adlı ədəbi-bədii kompozisiya  keçirilib. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxış edib. Q.Hacımahmudova adına məktəbin  şagirdlərinin ifalarında Xocalı faciəsinə həsr olunmuş şeirlər səslənib.

* * *

Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə sərgi açılıb.

Mədəniyyət mərkəzinin A.İsgəndərov adına Xalq teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatr qrupu isə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bərdə və Cəlilabad rayon məktəblərində “Könlüm keçir Qarabağdan” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib. Səhnə əsəri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.4.