“Qanlı dəhliz”

 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində xalqımızın yaddaşlardan silinməyən faciəsi – Xocalı soyqırımının ildönümünə həsr edilmiş “Qanlı dəhliz” adlı bədii kompozisiya hazırlanıb.

Müəllim və şagirdlərin ifasında Asəf Zeynallının “Muğamsayağı” əsəri, F.Əmirovun “Sevil” operasından Sevilin ariyası, “Füzuli” kantatasından II hissə səslənib, xoreoqraf Emil Pənahovun hazırladığı “Ananın fəryadı” pantomim-rəqs nömrəsi təqdim olunub. Vəfa Babayeva (violin), Regina Məcidova (vokal), Lalə Hüseynova (xanəndə), konsertmeysterlər Nazilə Əliyeva, Mətanət Nurullayeva, Nəbi Quliyev, Samirə Musayeva, xor  və xanəndə sinfinin şagirdləri çıxış ediblər.

Rəssam Əli Ağadadaşovun Xocalı soyqırımını əks etdirən rəsm əsərləri nümayiş olunub.

Tədbir Əməkdar müəllim, xormeyster Zemfira Nurullayevanın ifasında səslənən şeirlə yekunlaşıb.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.3.