Qorxu və dəhşətin sərgisi

 

 

 

İçərişəhərdəki Şirvanşahlar Sarayı Kompleksində qeyri-adi bir sərgi açılıb: “İnkvizisiya. Orta əsr işgəncə alətləri”...

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova layihə haqqında məlumat verərək bildirdi ki, bu sərginin qeyri-adiliyi onun adından görünür: “Nə qədər ağır olsa da, bəşəriyyətin belə bir dövrü yaşadığı bir həqiqətdir. Sərgidə nümayiş olunan 60-dan artıq eksponat 1983-cü ildən başlayaraq həyata keçirilən layihə əsasında meydana gəlib. 30 nəfərdən artıq tarixçi alim, digər sahələrin tədqiqatçıları araşdırmalar apararaq Orta əsrlər dövründə Qərbi Avropada inkvizisiya məhkəmələrinin tətbiq etdikləri işgəncə alətlərini bərpa ediblər. İllər ərzində müxtəlif ölkələrdə, onlarla şəhərdə nümayiş olunmuş sərgi bu gün Bakıda təqdim olunur”.

Sərgidə Orta əsrlər dövründə katolik kilsəsinin öz hakimiyyətini möhkəmləndirmək məqsədilə cadugər, kafir, dinsiz adlandırdığı, əslində isə bir çox hallarda azadfikirli insanlara qarşı tətbiq etdiyiinkvizisiya” (İnquisitio Haereticae Pravitatis Sanctum Officium – “Küfr günahlarının istintaqı üzrə müqəddəs şöbə” – Roma Katolik Kilsəninin xüsusi bölməsi – red.) istintaqı zamanı işlədilən alətlər nümayiş olunur.

Qorxunc, ətürpərdici alətlərin hər biri insanı mənəvi və cismani baxımdan sındırmağa, iradəsini, həyat eşqini məhv etməyə yönəlib. Təsadüfi deyil ki, inkvizisiyanın qurbanları sırasında Cordano Bruno, Nikolay Kopernik, Yan Qus, Qalileo Qaliley kimi mütəfəkkirlər olub.

Layihənin rəhbəri Pyer Luici Kanovi sərginin təşkil olunmasının əsas məqsədindən söz açaraq bildirdi ki, ideyaolursa olsun, insanlara qarşı zorakılıq yolverilməzdir. Orta əsr alətlərini nümayiş etdirməklə sərgi insanların öz məqsədlərinə nail olmaq üçün bəzən necə dəhşətli üsul və vasitələrə əl atmalarını əyani olaraq göstərir. Ekspozisiyanın əsas məramı insanları əməlləri barədə düşünməyə vadar edir.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.5.