Balacalar üçünÇay dəsgahı”

 

Bakı Uşaq Teatrı Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” pyesi əsasında hazırlanmış tamaşanı Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində təqdim etdi.

Ölkə Prezidentinin sərəncamı ilə bu il 150 illiyi qeyd edilən böyük ədibin yubileyinə töhfə olan birpərdəli pyesə aktrisa-rejissor Könül Şahbazova-Qasımova quruluş verib. Tamaşada əksəriyyəti kollektivə yeni qəbul edilmiş gənclər oynayır.

Daha çox 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş, yarımənzum-yarınəsr dili ilə yazılmış pyesin əsasında hazırlanmış tamaşa orijinal musiqi tərtibatı, məşhur “Çay” mahnısının improvizə mətni, səhnə və alleqorik geyim tərtibatı ilə diqqəti çəkdi. Rəssam Sevda Məmmədova, musiqi tərtibatçıları Mahir İbrahimovRauf HüseynlininÇay dəsgahı”na yaraşdırdıqları geyimmelodiyalar balaca tamaşaçıların xoşuna gəldi.

Fiziki və mənəvi təmizliyin, görülən işə (çay dəsgahı) vicdanlı yanaşmanın (xanım və ağanın nökər Əliyə iradları) aşılandığı tamaşa əslində həm də böyüklərə ünvanlanıb. Müəllifin öz əsəri ilə demək istədiklərini uşaqların dərk edib örnək alacağı ruha kökləmiş yaradıcı heyət yalnız bir cəhəti nəzərə almamışdı.

Bugünkü uşaqlar Mirzə Cəlil dövrünün uşaqları deyillər və öz zamanı üçün yetərincə milliana dilinə ən yaxın tərzdə yazılmış, lakin bu gün arxaik sözlər və ərəb-fars tərkibləri, izafətlərlə zəngin sayılan əsərin XXI əsr uşaqlarının səhnədən eşidib dərk etməsi üçün xeyli çətindir. Amma bu məqamda tamaşanın yaradıcı heyətinə bir afərin düşür. Bütün aktyorlar pyesin mətnini çox yaxşı mənimsəmişdilər və danışıqları, Mirzə Cəlilin təbirincə desək, tamam qələtsiz idi.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.5.