Cəfər Cabbarlının “Solğun çiçəklər”i
ekranlaşdırılır
Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun çiçəklər” pyesini ekranlaşdırır.
Şirkətdən bildiriblər ki, peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində təqdim olunacaq.
Filmin ssenari
müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu
operatoru Elman
Əliyev, quruluşçu rəssamı
Aydın Əsgərov, prodüseri
Yalçın Verdiyev, baş
prodüseri Balakişi
Qasımovdur. Rollarda Elxan
Qasımov, Nigar Güləhmədova, Həsənağa
Məmmədov, Aynişan Quliyeva
və başqaları yer alacaqlar.
Mədəniyyət.- 2019.- 27
fevral.- S.5.