Söz” layihəsində növbəti görüş

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşanSöz” ədəbi layihəsinin növbəti qonağı tanınmış yazıçı, bestsellerlər müəllifi, beynəlxalq mükafatlara, o cümlədən ədəbiyyat üzrə “LiFFtfestivallar festivalının qızıl medalına layiq görülmüş Varis (Yolçuyev) olub.

Əvvəlcə layihənin rəhbəri Nigar Həsənzadə qonaq barədə məlumat verib. Qeyd edib ki, Varis onun diqqətini yalnız yazdığı bestsellerlərin sayına (11 əsər) görə cəlb etməyib. Yazıçıda onu cəlb edən həm də qeyri-adi ədəbi taleyi, uğura doğru yolu, intellektual, eləcə də olduqca təsirli yazıçılıq xəttidir. Diqqətə çatdırıb ki, yazıçının 6 ölkədə 19 kitabı işıq üzü görüb. O,  Azərbaycanda ən çox oxunan müəlliflərdən biridir, “Sonuncu ölən ümidlərdir” romanı 7 dəfə təkrar nəşr olunub.

Vurğulanıb ki, yazıçı uğurgeniş oxucu sevgisi qazanması üçün yalnız əsərlərinə savadlı və maraqlı “skeletqurmur, həm də hər bir əsərində sevgi, xeyirxahlıq, təəssübkeşlik, mərhəmət, habelə Vətən məfhumlarını xatırlatmağı unutmur. Varis kitablarında xalqının, dövlətinin milli maraqlarını əks etdirir, əcnəbi oxucuda bu maraqlara hörmət və ehtiram aşılayır.

Sonra yazıçı oxucuları maraqlandıran sualları cavablandırıb. Bildirib ki, hər bir yazıçı öz oxucusunun tələbini bilməli, onların fikrini dəyərləndirməli, maraqlarına hörmətlə yanaşmalıdır. Bundan əlavə, yazıçı üçün onun oxucularının yaş həddi, auditoriyası da önəm daşıyır.

Qeyd edək ki, Varis 2011-ci ildə Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. Həmçinin Antuan de Sent-Ekzüperi (Fransa) diplomu, Rusiya Yazıçılar Birliyininİlin yazıçısı” diplomu, Avrasiya Yazarlar Qurumunun (Türkiyə) M.Kaşğari adına mükafatı ilə təltif olunub.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.5.