Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunan sərgi

 

 

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində fevralın 22-də Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Mərkəzin rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov 1992-ci ilin 26 fevralında erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğın barədə məlumat veriblər. Səfir Qalib İsrafilov 613 nəfərin  qəddarcasına qətlə yetirildiyi bu hadisənin beynəlxalq hüquqnormalara görə soyqırımı olduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib və soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, 27 il öncə Xocalı soyqırımını törədənlər hələ də bu bəşəri cinayətə görə ədalət qarşısında mühakimə olunmayıblar. Vurğulanıb ki, indiyədək dünyanın on beş ölkəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı qərarlar qəbul olunubbu proses davam edir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması bir tərəfdən günahsız qurbanların ruhu qarşısında ədalətin bərpasına xidmət edir, digər tərəfdən isə dünyada bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır.

Sonra Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətli mərkəzdə açılan Xocalı soyqırımına həsr olunmuş sərgi barədə məlumat verib. Qeyd edib ki, sərgidə 25 əsər nümayiş olunur.

Tədbirdə yazıçı-jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğuOnlar heç zaman böyüməyəcəklər” sənədli filmi də təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.8.