ADDIM-la “İki yad adam

 

 

Ölkəmizdəki gənclər təşkilatları arasında aktiv fəaliyyəti ilə seçilən ADDIM Gənclər Təşkilatı fevralın 21-də Bakı Konqres Mərkəzində 6 yaşını qeyd etdi görkəmli yazıçı, ədəbiyyatşünas Mir CəlalınKəmtərovlar ailəsihekayəsinin motivləri əsasında ekranlaşdırılanİki yad adamfilminin təqdimatını keçirdi.

Təşkilatın sədri Hüseyn Cavadzadə çıxış edərək onlara verilən dəstəyə görə müvafiq qurumlara təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, təşkilat gənclərin mədəni istirahətini təmin etmək məqsədilə “Cinema-ya ADDIM-la” Teatra ADDIM-la” layihələrini gerçəkləşdirir. Gənclərin xaricdə tanınması üçünDünya starımüsabiqəsi keçirilib. Həmçinin  ADDIM Media Academy”, “ADDIM Actor`s Academy” təlimləri təşkil olunub.

Film haqqında danışan Hüseyn Cavadzadə bildirdi ki, “Kəmtərovlar ailəsihekayəsi 60 il öncə yazılmasına baxmayaraq, bu gün mövzu aktuallığını qoruyub saxlayır. Film 2017-ci ildə Pekində keçirilən “Grand Asian” film festivalındaƏn yaxşı sosial film” nominasiyasında qalib olub, daha sonra isə AzərbaycandaMənim ailəmfestivalında baş mükafatı qazanıb. Ekran əsəri Vyanada, Astanada, Tiflisdə nümayiş etdirilib, Bakıda ədibin 110 illik yubileyində təqdim olunub.

Tədbirdə çıxış edən gənclər idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə aparılan gənclər siyasətinin müsbət nəticələrindən söz açdı. Bildirdi ki, gənclərə göstərilən bu etimad öz müsbət nəticəsini verir yeni nəsil öz yaradıcı imkanları, bilik bacarıqlarını ölkəmizin daha da inkişafı naminə sərf edirlər.

Sonra film nümayiş olundu.

Ssenari müəllifi Nicat Dadaşov olanİki yad adam”da  gənc ailənin münasibətləri, daha doğrusu, təmin olunmuş gələcək qurmaq üçün durmadan çalışmaları elə buna görə yad adama çevrilmələri əks olunub. Sosial mövzulu filmdə maddiyyat ucbatından bir-birini, demək olar ki, görməyən ikili sonda bunun fərqinə varırlar. Özü evlərindən oğurluq edən qadının, özünü evin xadiməsi kimi göstərən qonşunun sayəsində...

Filmdə rolları Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdulov, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə başqaları ifa edirlər.

Əməkdar artist Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən bildirdi ki, müasir həyatla səsləşən hekayədə onun ekran həllində əsas qayə insanları şan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hislərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin bir-birlərinin qədrini bilməyə çağırmaqdır.

Təqdimat mərasimində tanınmış incəsənət nümayəndələri iştirak edirdi.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.8.