Almaniyada yaşayan
rəssam soydaşımızın qeyri-adi
əl işləri
Almaniyanın Baden-Baden şəhərində gənc soydaşımız, rəssam-heykəltəraş İlqar Şeydayevin metal və gipsdən hazırladığı heykəl və büstlərdən ibarət sərgisi açılıb.
Tədbirdə Alman Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova diqqətə çatdırıb ki, Almaniyanın bir sıra şəhərlərində sərgisi keçirilən soydaşımız maraqlı və qeyri-adi əsərləri ilə tanınır.
Qalereyanın direktoru Peter Deqlov sərgi münasibətilə rəssamı təbrik edərək, əl işlərinin gələn qonaqların böyük marağına səbəb olacağını deyib.
Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser çıxışı zamanı ölkəmizin qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən söz açıb. Konsul rəssamın yaradıcılığına yaxından bələd olduğunu söyləyərək əsərlərlə bağlı fikirlərini bölüşüb.
Sonra tədbir
iştirakçıları sərgi ilə tanış olublar. Sərgi aprelin 6-dək davam edəcək.
Qeyd edək
ki, İlqar Əliqasım oğlu Şeydayev 1984-cü ildə
Sibirin Altay bölgəsində
dünyaya göz açıb. Uşaqlıq və məktəb
illəri Şamaxıda
keçib. Bir gün həyətlərində
qazılan quyudan çıxan gil
balaca İlqarın diqqətini özünə
çəkir və
o, gildən müxtəlif
fiqurlar düzəltməyə
başlayır. Orta məktəbi
bitirəndən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına
daxil olur, görkəmli sənətkarlar
Tokay Məmmədov və
Fuad Salayevdən sənətin sirlərini öyrənir. 2007-ci ildə ailəsi ilə bərabər Almaniyanın Paderborn şəhərinə
köçür. Burada bir
çox müsabiqələrdə
iştirak edib. İstedadlı heykəltəraş və rəssamın qazandığı uğurlar
yerli mətbuatda da mütəmadi işıqlandırılır.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 27
fevral.- S.8.