İstanbulda tamaşaya qoyulan “İblis” mükafata layiq görülüb
Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində nümayiş olunan tamaşasının müəllifi – dramaturq, teatrşünas Hilmi Zafer Şahin “İlin ən yaxşı dramaturqu” nominasiyası üzrə mükafata layiq görülüb.
Türkiyədə
ilk dəfə səhnələşdirilən “İblis” əsərinə
tanınmış aktrisa, Azərbaycanın Əməkdar incəsənət
xadimi, İstanbul Şəhər Teatrlarının direktor
müavini Məlahət Abbasova quruluş verib.
Qeyd
edək ki, premyerası 2019-cu il aprelin 17-də keçirilən
tamaşanın baş məsləhətçisi filologiya
üzrə fəlsəfə doktoru,
yazıçı-publisist Sona Vəliyeva, bəstəkarı
Xalq artisti Aygün Səmədzadədir.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.2.