“Cinema Radio” layihəsinə start
verilir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə “AzerNyuMedia” şirkəti “Cinema Radio” layihəsinin yayımına başlayır.
Hər
həftənin şənbə günü saat 15.00-dan 16.00-dək
yayımlanacaq verilişdə dünyada və yerli kino
bazarında baş verən ən son yeniliklər təqdim ediləcək,
həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.
Məlumat
üçün bildirək ki, veriliş bir neçə
rubrikadan ibarət olacaq. Dinləyicilər
kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə
sahib olacaqlar. Verilişin
aparıcısı Yaqut Gözəlovadır.
Radio layihənin tərəfdaşı “CinemaPlus” kinoteatrlar şəbəkəsidir.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.1.